ABŞ-ın Memfis şəhərində ölümü ilə nəticələnən atışma baş verib

ABŞ-ın Memfis şəhərində ölümü ilə nəticələnən atışma baş verib
 

Aprelin 12-si səhər saatlarında ABŞ-ın Tennessi ştatının Memfis şəhərində bir polis və bir şübhəli şəxsin ölümü ilə nəticələnən atışma baş verib.

AZƏRTAC-ın ABŞ bürosu bildirir ki, şəhər yaxınlığında şübhəli avtomobilin olması ilə bağlı zəngdən sonra hadisə yerinə gedən polis əməkdaşları və avtomobilin içərisində olan iki nəfər arasında atışma başlayıb.

Hadisə nəticəsində 18 yaşlı şübhəli şəxs ölüb, 17 yaşlı digər gənc yaralanıb. Həmçinin atışmada polis zabiti Cozef Makkinni həyatını itirib.

Polisin verdiyi məlumata görə, hadisə zamanı ölən şübhəli şəxs bir ay əvvəl qanunsuz silah daşımaya görə həbs edilsə də tezliklə sərbəst buraxılıb.

0.021161794662476