Avropa çempionumuzdan İLK AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Ülviyyə Fətəliyeva Publika.az-a açıqlama verib.
Şahmatçımız bildirib ki, yarışa uzun müddət idi hazırlaşıb.
"Çox sağolsunlar, dünəndən məni təbrik edirlər. Başda Mehriban xanım olmaqla hər kəsə təşəkkür edirəm. Qələbəni atamın doğum gününə ən yaxşı hədiyyə olduğunu düşünürəm. Bakıya qayıdıram və qarşıdakı turnirə hazırlaşacam. Sentyabr ayında məni Macarıstanın Budapeşt şəhərində keçiriləcək 45-ci Şahmat Olimpiadası gözləyir. O, yarışlara bütün gücümlə hazırlaşıram".
Qeyd edək ki, Ülviyyə Fətəliyeva qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.