Məşhur tennisçini küçədə yerə yıxıb 300 minlik saatını apardılar

Məşhur tennisçini küçədə yerə yıxıb 300 minlik saatını apardılar
 

Amerikalı tennisçi Sebastian Korda oğurluğun qurbanı olub.

Publika.az xəbər verir ki, hadisə Monte Karloda Masters seriyası turnirinin başlamasına bir neçə gün qalmış baş verib.

“Le Figaro” xəbər verir ki, ötən cümə axşamı axşam dünyanın 27-ci raketka ustasına Roquebrune-Cap-Martin küçəsində iki naməlum şəxs tərəfindən hücum edilib və onun 300 min avro dəyərində olan “Richard Mille” saatı qarət edilib.

Hazırda kommunal polis tərəfindən araşdırma aparılır. Səlahiyyətlilər təcavüzkarlardan DNT nümunələri götürə biliblər. Bundan başqa, cinayət anı kameraya düşüb.

Qeyd olunur ki, hücumçulardan biri 23 yaşlı Kordanı yerə yıxaraq saxlayıb, ortağı isə tennisçinin saatını çıxarıb. Hər iki quldur maska ​​taxıb və hələ də tapılmayıb.

 

0.019112110137939