ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfər edəcək

ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfər edəcək
 

ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək.

AZƏRTAC-ın ABŞ bürosunun Dövlət Departamentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə rəsmiləri ilə keçiriləcək görüşlər zamanı Dövlət katibi Antoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidanın iştirakı ilə martın 7-8-də Vaşinqtonda keçirilmiş ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşün nəticələri, vacib ikitərəfli və qlobal məsələlər, o cümlədən Qəzza və Ukraynadakı münaqişə, eləcə də bu yay Vaşinqtonda keçiriləcək NATO sammitinə hazırlıq məsələləri müzakirə ediləcək.

Görüşlərdə, həmçinin iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişləndirilməsi imkanlarının müzakirə olunacağı deyilir.

0.046499967575073