"Onlar postsovet məkanının bütün regionlarını işğal etməyə çalışır" - Sergey Lavrov 

 
 

ABŞ və onun əlaltıları Rusiyanın yardımı ilə Ermənistan və Azərbaycanın əldə etdiyi razılaşmaların yerinə yetirilməsinə xələl gətirməyə çalışır. 

Paralel.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Onlar postsovet məkanının bütün regionlarını işğal etməyə, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışır. Ermənistanla Azərbaycan arasında Rusiyanın yardımı ilə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmirlər", - Lavrov qeyd edib.

Lavrov əlavə edib ki, ABŞ Mərkəzi Asiyada da fəaldır, burada Rusiyaya qarşı müxtəlif formatlar yaradılır.

 Onun sözlərinə görə, Rusiyanın strateji müttəfiqləri böyük təzyiq altındadır, lakin onlar inteqrasiya strukturlarının - Aİİ, MDB və KTMT-nin əsaslandığı ümumi dəyərlərə və prinsiplərə sadiq qalırlar. O, əmindir ki, strateji baxımdan Qərb xətti uğursuzluğa məhkumdur.

 

 

 

0.050504207611084