Avropa Liqasında dörddəbir final mərhələsi: İtaliyanın üç klubu meydana çıxır - AFİŞA
Bu gün UEFA Avropa Liqasında dörddəbir final mərhələsinin ilk oyunları keçiriləcək.
Matçlar İtaliya, İngiltərə, Almaniya və Portuqaliyada keçiriləcək.
“Milan” (İtaliya) “Roma”nı (İtaliya), “Bayer Leverkuzen” (Almaniya) “Vest Hem”i (İngiltərə), “Benfika” (Portuqaliya) “Marsel”i (Fransa), “Liverpul” (İngiltərə) “Atalanta”nı (İtaliya) qəbul edəcək.
Komandaların cavab görüşləri aprelin 18-də baş tutacaq.
Qeyd edək ki, dörddəbir final mərhələsinin bütün oyunları bu gün, Bakı vaxtı ilə 23:00-da keçiriləcək.
UEFA Avropa Liqası dörddəbir final mərhələsi
11 aprel
“Milan”-“Roma”
Baş hakim: Kleman Turpin (Fransa)
Milan, “Cüzeppe Meazza” stadionu
“Bayer Leverkuzen”-“Milan”
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
Leverkuzen, “BayArena” stadionu
“Benfika”- “Marsel”
Baş hakim: Maykl Oliver
Lissabon, “Estadio da Luiz” stadionu
“Liverpul” “Atalanta”
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Liverpul, “Enfild” stadionu