Yaponiya valyutasından 34 illik antirekord

Yaponiya valyutasından 34 illik antirekord
 

Yaponiya milli valyutasının məzənnəsi 1990-cı ilin iyunundan bəri rekord həddə - bir dollar üçün 152 yen səviyyəsinə düşüb.

Bunu Nyu-Yorkdakı valyuta ticarətinin məlumatları sübut edir.

Yaponiya Maliyyə Nazirliyi daha əvvəl yenin zəifləməsinin davam etməsi ilə əlaqədar “qətiyyətli tədbirlər” görməyə hazır olduğunu açıqlamışdı. Bütün bunların fonunda bazar oyunçuları Yaponiya Maliyyə Nazirliyinin valyuta müdaxilələrinə əl atıb-aymayacağını gözləyirlər.

Müşahidəçilər bildirirlər ki, yenin zəifləməsi Qərb ölkələri ilə faiz dərəcələrindəki davamlı uçurum fonunda baş verir.

Qeyd edək ki, Yaponiyada uzun müddət ərzində faiz dərəcəsi 0,1% səviyyəsində olub.

 

 

0.012005090713501