Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT
 

Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinovu təyin edilib. O, 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edib.

 

0.092913150787354