Amerikalı diplomat: ABŞ Cənubi Qafqaza əlavə müdaxilədən çəkinməlidir

Amerikalı diplomat: ABŞ Cənubi Qafqaza əlavə müdaxilədən çəkinməlidir
 

ABŞ həqiqətən də Ermənistana xoşbəxt gələcəyi təmin etməkdə kömək etmək istəyirsə, o zaman Cənubi Qafqaza əlavə müdaxilədən çəkinməlidir. 

Bu fikri keçmiş diplomat, ikitərəfli əməkdaşlığın inkişafı üzrə Rusiya-ABŞ prezident komissiyasının Amerika tərəfindən sabiq müşaviri Ceyms Karden deyib.

"Bu, Vaşinqtonun xoşuna gəlməyə bilər, amma Ermənistanın xoşbəxt gələcək şansı varsa, biz Qafqaza müdaxiləni dayandırmalı və postsovet məkanına vurduğumuz ziyanı məhdudlaşdırmalıyıq", - Karden  "The American Conservative” üçün yazdığı köşəsində qeyd edib.

Karden həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan hökumətini Ukrayna və Gürcüstanın acı təcrübəsini nəzərə almağa çağırıb. "Hər iki ölkə Brüssel və Vaşinqtondakı Qərb himayədarlarının Qərbə inteqrasiya, o cümlədən NATO-ya üzvlük barədə yalan vədlərinə inanırdılar", - o qeyd edib.

 

0.032254934310913