Fransalı merin evindən 70 kq narkotika aşkarlandı - QALMAQAL

Fransalı merin evindən 70 kq narkotika aşkarlandı - QALMAQAL
 

Fransa jandarma əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində Avalon şəhərinin meri Camili Habsauinin evində azı 70 kq narkotik maddə marixuana aşkar ediblər.

BFMTV xəbər verir ki, axtarış “Clean Space XXL” narkotiklərlə mübarizə kampaniyası çərçivəsində aparılıb. 

Habsauinin evindəki əməliyyat narkotik alveri ittihamı ilə bağlı ilkin istintaq çərçivəsində baş tutub. 

Əməliyyat nəticəsində Avalon şəhərinin meri və onun iki qardaşı da daxil olmaqla 7 nəfər həbs edilib.

Telekanalın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər meri qardaşlarından birinin narkotik alveri ilə məşğul olması barədə məlumat əldə ediblər.

Qeyri-rəsmi məlumata görə, merin malikanəsinin həyətyanı sahəsində çətənə kolları aşkar edilib. Şəhər apteklərindən birində və bələdiyyənin otaqlarında da axtarışlar aparılıb.

Qeyri-rəsmi məlumatlara görə, axtarışlar nəticəsində bir kiloqrama yaxın kokain, 7 min avro nağd pul və 20 qızıl külçə də ələ keçirilib.

Əməliyyatda 75 jandarm iştirak edib.

Şəhərin meri Habsaui saxlanılsa da, daha sonra sərbəst buraxılıb. 

Cəmili Habsaui Fransa Sosialist Partiyasını təmsil edir. 2021-ci ildən o, Avallon şəhər administrasiyasına rəhbərlik edir.

 

 

0.016536951065063