Müharibəyə hazırıq: dünya daha təhlükəli yer olacaq - Douden

Müharibəyə hazırıq: dünya daha təhlükəli yer olacaq - Douden
 

Böyük Britaniya Baş nazirinin müavini Oliver Douden ölkəsinin mümkün müharibəyə hazır olduğunu deyib.

Axar.az xəbər verir ki, o, Britaniyanın keçmiş müdafiə naziri Ceyms Uollesin və müdafiə nazirinin müavini Ceyms Hippinin ölkənin “mümkün müharibəyə hazır olmaması” ilə bağlı mediada yayılan fikirlərini bölüşmədiyini deyib.

Oliver Douden dünyadakı artan təhlükələrə qarşı Britaniyanın yaxşı irəliləyiş əldə etdiyini və mümkün müharibəyə qarşı bütövlükdə tədbirlər görüldüyünü deyib:

“Biz bütövlükdə tədbirlər görürük. Kibertəhlükəsizliklə bağlı Milli Kibertəhlükəsizlik Mərkəzi yaratmışıq. Mən indi iqtisadi təhlükəsizliyimizi qorumaq üçün hər gün investisiya ilə bağlı onlarla qərar qəbul edirəm. Dünya zaman keçdikcə daha təhlükəli bir yer olacaq. Biz Rusiya, İran, Şimali Koreya və Çindən gələn təhlükələrin fərqindəyik. Əlbəttə ki, görüləsi daha çox işlər var, amma inanıram ki, artan təhlükələrə qarşı yaxşı irəliləyiş əldə edirik”, - deyə Baş nazirin müavini qeyd edib.

 

0.0097758769989014