Bizə hücuma şans verməmək üçün… - Paşinyan

Bizə hücuma şans verməmək üçün… - Paşinyan
 

Təhlükəsizliyimizi təmin etmək üçün biz öz legitimliyimiz üzərində dayanmalıyıq və legitimlik xəttimiz beynəlxalq səviyyədə tanınmış sərhədimizdir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Teleqram kanalında yaydığı video-müraciətdə deyib.

“Biz “təhlükəsizlik” deyəndə ilk növbədə “ordu”nu nəzərdə tuturuq. Biz ordudan sonda danışmalıyıq, çünki ordu qarışırsa, deməli, artıq hər şey bitib, ordunun vaxtı gəlib çatıb.

Biz deyirik ki, təhlükəsizliyimizi təmin etmək üçün legitimliyimiz üzərində dayanmalıyıq və legitimlik xəttimiz beynəlxalq səviyyədə tanınmış sərhədimizdir ki, heç kimin bizə hücum etməyə haqq qazandırmaq şansı olmasın”, - o bildirib.

 

0.071534156799316