Göydələn tikənlər Yasamalda "at oynadır" - İcra başçısı pul yığır?

Göydələn tikənlər Yasamalda
 

"Təzadlar.az"da bir yazı diqqətimi cəlb etdi. Müəllif hazırda vacib olan çox həssas məsələyə toxunub. Yazının başlığı çox yerində seçilib: "Babam mənə kor deyib...", göydələnlər tik deyib...

İndi Bakının olan-qalan tarixi memarlığı, mədəni irsi... göydələnlər eşqinə düşənlərin tamahının qurbanı olmaqdadır... Maraqlısı budur ki, bunu hamı görrür, eşidir, danışır, amma qarşısını alan yoxdur...

Budur, həmin tamahkarlar Yasamal rayonu, Süleyman Tağızadə və Rastropoviçlər küçələrinin kəsişməsində ("Təzə Pir"in yanında) yerləşən Bakı Avropa Liseyinin köhnə binasının söküntüsünə girişiblər.

Amma alınmadı, bu tarixi binanın söküntüsü dayandırıldı.

Sən demə, Filankəs müəllimin həmin binanın yerinə gözü düşüb və göydələn tikdirmək istəyir...

Bəli, Bakı zorlanır, daxilə yüklənir, necə gəldi tikilir...

İşə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti də qarışdı. Və əraziyə qurumun əməkdaşları tərəfindən baxış da keçirilib.

Məlum olub ki, aparılan işlər aidiyyəti dövlət orqanları ilə birgə dayandırılıb. Ərazinin tarixi və arxeoloji əhəmiyyətini müəyyən etmək üçün mütəxəssislər cəlb olunacaq. Mütəxəssislərin verdiyi rəy nəticəsində müvafiq addımlar atılacaq. 

Yaxşı, adı çəkilən xidmət indi niyə duyuq düşüb? Axı söküntü o mərhələdədir ki, deməli, xeyli vaxt imiş bu binanın başı üzərində "Qara buludlar" dolaşırmış...

Və belə binaların siyahısı yoxdur ki, söküntüyə, yəni buldozerin qabağına veriləndə görsünlər ki, nəyi dağıdırlar?!

A.Məmmədli

P. S. Bu yazı çox vaxtında  yazılmış yazıdı, yaxşı ki, dərc olunub. Bakını göydələnlər zəbt edib, nəfəs almaq belə, mümkün deyil. Xüsisən Yasamaıda vəziyyət çox ağırdır. "Abşeron" MTK rayonda bir metr olsun boş yer qoymayıb. Bütün ərazini göydələnlərlə bəzəyib.

Abbas Mirzə Şərifzadə küçəsinin "Azərbaycan Nəşriyyatı"na qədər uzanan hissəsini göydələnlər elə zəbt edib ki, avtomobillər "pişik cığırı" ilə gedən kimi sürünürlər.

Çünki indiyədək Yasamalda icra başçısı işləmiş şəxslər və hazırda rayonda icra başçısı işləyən Elşad Həsənov yalnız torpaq sahəsi, binaların birinci mətəbəsindəki evləri obyektlərə çevirib, yer satmaqla məşğuldur...

0.019390106201172