Türkan Vəlizadə "çobana ərə gedərsən" sualına belə cavab verdi - VİDEO
Şairə Nazilə Səfərli "Banu" verilişində söhbətləşdiyi gənc çobanla vieosunu paylaşıb.
Paralel.az xəbər verir ki, aparıcı müğənni Türkan Vəlizadəyə müraciət edərək, "çoban oğlana ərə gedərsən" sualını verib.
Çoban müğənninin ona gəlməyəcəyini, gəlsə belə qısqanc olduğu üçün ifaçının belə münasibəti qəbul etməyəcəyini deyib.
T.Vəlizadə isə N.Səfərlinin sözlərinə belə cavab verib:
"Əsas insan adam olsun. Onun hansı təbəqədən olması, kasıb və ya varlı olması önəmli deyil. Bir də ki qismət".
Qeyd edək ki, Türkan Vəlizadə 2020-ci ildə açıqlamalarından çobanla ailə qura biləcəyini demişdi.