ABŞ Rəfah görüşündə əməliyyat təcrübəsini İsraillə bölüşəcək

ABŞ Rəfah görüşündə əməliyyat təcrübəsini İsraillə bölüşəcək
 

ABŞ rəsmiləri İsrail hökumətinin nümayəndələri ilə Rəfahdə (Qəzza zolağının cənubu-red) vəziyyətlə bağlı gözlənilən görüşdə hərbi əməliyyatların aparılması ilə bağlı öz təcrübələrini bölüşməyi nəzərdə tuturlar.

"Report"un məlumatına görə, bunu CBS-ə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Biz İsrailin baş naziri Binyamin Netanyahu və komandasına Rəfahdakı quru əməliyyatını dəstəkləmədiyimizi, Rafahda radikal Fələstin HƏMAS hərəkatının yaraqlılarını təqib etmək üçün başqa üsul və variantları, onların araşdırmalı olduqlarını bildirdik”, - o deyib.

"Keçən həftə virtual görüş keçirdik və yaxın bir həftə ərzində israilli həmkarlarımızla üzbəüz görüşü səbirsizliklə gözləyirik, qrafik hələ işlənir. Ümid edirik ki, bu barədə baxışımızı daha ətraflı izah edəcəyik, bəzi alternativləri, bu cür əməliyyatların aparılması ilə bağlı öz təcrübəmizdən onlara danışmaq istədiyimiz şeyləri təqdim edəcəyik", - Kirbi əlavə edib.

Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanata görə, ötən bazar ertəsi ABŞ və İsrail rəhbərliyinin nümayəndələri arasında İsrail hərbçilərinin Rəfah şəhərində quru əməliyyatı keçirməsi məsələsi ilə bağlı onlayn görüş keçirilib. Sənəddə vurğulanır ki, “sonrakı müzakirələrə gələn həftə kimi strateji məsləhət qrupunun təkbətək görüşü daxil olacaq”.

0.011903047561646