O mahnını elə kişilərin qarşısında oxumuşam ki... - Aygün Kazımova

O mahnını elə kişilərin qarşısında oxumuşam ki... - Aygün Kazımova
 

Xalq artisti Aygün Kazımova və mahnının müəllifi Xanım Ismayılqızı şou-proqramlardan birində bir zamanlar çox sevilən "Kişilər" mahnısı barədə danışıblar.

Lent.az bildirir ki, musiqinin və sözlərin müəllifi Xanım İsmayılqızı qeyd edib ki, bu mahnını şıltaq xarakterinə görə məhz Aygün Kazımova üçün yazıb:

"Bilirdim ki, bu mahnını heç kim Aygün kimi oxuya və sevdirə bilməz. Aygünün xarakterinə uyğun mahnı idi. O mahnını yaratdı".

Aygün Kazımova bu sözlərin cavabında deyib: "Kişilər" mahnısını hansı səhnələrdə, hansı kişilərə oxumamışam?! Biləsiniz, o mahnını necə kişilər dinləyib".

 

0.018579006195068