Flora Kərimova uğursuz əməliyyatın qurbanı olub, ondan sonra... - VİDEO
Xalq artisti Flora Kərimova gözündə uğursuz əməliyyat edildiyini deyib.
Paralel.az xəbər verir ki, "Real" TV-yə danışan müğənni eynək taxmaqdan şikayətlənib. O bildirib ki, uğursuz plastik əməliyyatın qurbanı olub:
"Bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi gözlərimdən də oxunur. Gözlər bağlıdır, kilidlidir, həbsdədir. Bu insan məni şikəst edib".
F.Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib.