Fransa Ermənistanı hərbi toqquşmaya sürükləyir - AÇIQLAMA

Fransa Ermənistanı hərbi toqquşmaya sürükləyir - AÇIQLAMA
 

Bəzi Qərb ölkələri, başda Fransa olmaqla Ermənistanın əli ilə Cənubi Qafqazda kövrək sülhü pozub yenidən münaqişəni alovlandırmağa çalışırlar. Bunu açıqlamasında Mahir Abbaszadə deyib.

Onun sözlərinə görə, son günlərdə Fransa rəsmiləri davamlı olaraq bölgədə gərginliyin yaranması istiqamətində beynəlxalq hüquqa zidd bəyanatlar və açıqlamalar verməklə məşğuldurlar. "Fransalı rəsmilərin bu cür təxribatçı hərəkətləri isə aprelin 5-də Ermənistanla ABŞ-Avropa İttifaqı-Ermənistan arasında keçiriləcək görüş ərəfəsində edilir. Bu onu deməyə əsas verir ki, Fransa bunu məqsədyönlü şəkildə təxribat törədib İrəvanla Bakı arasında əldə edilən kövrək sülhü pozub münaqişə yaratmağa çalışır", - o qeyd edib.

Deputat əlavə edib ki, Fransa Ermənistanı hər vəchlə hərbi toqquşmaya sürükləyir: "Aprelin 2-də Fransanın xarici işlər naziri Stefan Sejurnenin Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı, istər fransalı deputatların, istərsə də bu ölkənin Ermənistandakı səfirinin son günlərdə Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. Fransa Azərbaycanı qərəzli şəkildə hədəf seçməklə beynəlxalq aləmin diqqətini çaşdırmağa çalışır. Bu yolla bölgədə yeni toqquşma yaratmağa çalışır.

Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla, Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.

Amma unudur ki, Fransanın indiyədək olduğu kimi, bundan sonrakı bu cür təxribatçı, bölgədə sülhə mane olacaq hərəkətləri iflasa uğrayacaq.  

İndiki həssas dönəmdə böyük güclərin Ermənistana birtərəfli şəkildə dəstək verməsi, regionda formalaşmış təbii balansın pozulmasına və dayanıqlı sülhün əldə edilməsinə təhdid yarada bilər. Belə bir nəticə heç bir halda istər ölkəmiz, istərsə də region ölkələri üçün də arzuolunan deyil. Ən yaxşı isə Ermənistan bu həssas məqamda ehtiyatlı mövqe tutmalı, tarixi məsuliyyətini anlamalı və eskalasiyanın artması ilə sonuclana biləcək davranışlardan çəkinməklə öz səylərini daha çox tərəflər arasında sülh müqaviləsinin bağlanmasına yönəltməlidir. Əks davranışların bədəli isə çox ağır ola bilər. 

Bu məsələ cənab Prezidentin aprelin 3-də ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı geniş müzakirə olunub. Cənab Prezident İlham Əliyev Qərbin bölgədə sülhə əngəl yaradan destruktiv hərəkətinə qətiyyətli şəkildə etirazını bildirməklə yanaşı, Azərbaycan sülh gündəliyinə sadiq qaldığını və sülhün hansı şərtlər daxilində reallaşması ilə bağlı konkret mövqeyini ortaya qoyub.

Prezident İlham Əliyev eyni zamanda aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşü ilə bağlı konkret mövqeyini açılayıb. Prezident bəyan edib ki, planlaşdırılan görüşün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması, Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, gərginliyin yaranmasına gətirib çıxaracaq".

 

 

0.027292013168335