DİN: Ötən gün 3,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb

DİN: Ötən gün 3,6 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
 

Aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 3,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin 601 metadon həbi və 16 çətənə kolu aşkarlanaraq götürülüb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yasamal Rayon Polis idarəsinin 27-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Elnur Əsgərov rayon ərazisində saxlanılıb. Ondan 1 kiloqram 115 qram heroin və 35 qrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

0.017457008361816