Əri müflis olarsa, belə addım atacaq - FOTO

Əri müflis olarsa, belə addım atacaq - FOTO
 

Rusiyalı müğənni və teleaparıcı Olqa Orlova iflas vəziyyətində əri Valeriyə dəstək olacaq.

Paralel.az xəbər verir ki, o, bu etirafı "Instagram" hesabında edib.

Orlova izah etdib ki, əri ailənin bir hissəsidir və uğursuzluqlar və maddi itkilər zamanı ona dəstək olacaq. O, vurğulayıb ki, indi əri bütün ailəni təmin edir. Sənətçinin dediyinə görə, Valeri heç vaxt onun hesabına yaşamayıb.

"Əgər nə vaxtsa çətinlik çəksə, mən həmişə ailəmiz üçün dəstək olacağam və hər şeyi edəcəm", - aparıcı deyib.

Orlova Valeri adlı iş adamı ilə evlidir. Cütlük 2021-ci ilin dekabrında ailə qurub. İfaçı 2023-cü ilin fevralında qız övladı dünyaya gətirib.(Publika.az)

 

0.014358043670654