Yaşyarımlıq qızını öldürməkdə ittiham olunan ATA DANIŞDI

Yaşyarımlıq qızını öldürməkdə ittiham olunan ATA DANIŞDI
 

Sumqayıtda 1 yaş 4 aylıq qızını dənizdə boğaraq qətlə yetirməkdə ittiham olunan Ahmet Turan Yeşil danışıb.

Paralel.az xəbər verir ki, o, Baku TV-yə açıqlamasında psixoloji problemləri olduğunu bildirib: "Psixoloji sıxıntılarım, problemlərim var idi. Maddi problemlərim vardı".

Qeyd edək ki, martın 31-i Sumqayıtda azyaşlı Zeyneb Yeşilin dəniz sahilində meyiti tapılıb. Onun qətlə yetirilməsi məlum olub və atası 1984-cü il təvəllüdlü Ahmet Turan Yeşil şübhəli şəxs qismində tutulub.

 

0.014867067337036