Elgizin səbir kasası daşdı: Dədələrinə, nənələrinə yaraşan sözləri...
"Dünən gecə saat 2-yə kimi kompüterin qarşısında olmuşam. Sosial mediada paylaşılanları görüb dəhşətə gəldim".
Bu sözləri teleaparıcı Elgiz Əkbər deyib.
O, sosial media istifadəçilərinin yazdığı şərhlərdən, etdikləri paylaşımlardan şoka düşdüyünü bildirib:
"Bizim elmimizin, mədəniyyətimizin formalaşmasında müstəsna əhəmiyyəti olan insanlar haqqında bunlar (sosial media istifadəçilərini nəzərdə tutur - red.) nələr yazırlar. Nələr fikirləşirlər, hansı fikirlər səsləndirirlər, ilahi... Aləm qarışıb bir-birinə. Ay qardaş, bizim dinimizi də ortalığa qoyublar ee, sizin xəbəriniz var? Mənim dünyadan xəbərim yox imiş ki, başım işlərimə qarışıbmış".
"Mən dünən dəhşətə gəldim. Dəhşətə gəldim ki, bunlar böyük bilmirlər, kiçik bilmirlər, ağsaqqal bilmirlər, ağbirçək bilmirlər, dədələrinə, nənələrinə aid olan iftiraları, çirkinlikləri insanların üstünə atırlar. Nə var, nə var ki, bunlar 5-10 nəfər adam yığıb, izləyicilərinin sayını artıracaqlar", - deyə Elgiz Əkbər əlavə edib./Bakıvaxtı.az