“Alla Puqaçova xarici agent kimi tanınmayacaq” - Sobçak
Müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması bağlı xəbərini sosial şəbəkə istifadəçiləri və rusiyalı məşhurlar aktiv müzakirə edirlər.
Lent.az-ın xarici mediaya istinadən xəərinə görə, tanınmış jurnalist Kseniya Sobçak da öz fikrini bildirib. O, bunun baş verməyəcəyinə, baş verərsə, böyük səhv olacağına inandığını yazıb.
Kseniya Sobçak bildirib ki, Alla Puqaçovanın adı xarici agentlərin reyestrinə daxil edilməyəcək.
“Keçən həftə internetdə belə bir ehtimalla bağlı şayiələr yayıldı. Kim nə qədər çalışsa da, o, irimiqyaslı bir fiqurdur. Alla Borisovna isə heç bir radikal yazı və ya siyasi bəyanatla çıxış etməyib” - Sobçak yazıb.
Müğənni Alla Puqaçova bir müddət öncə həmyerlilərini qullarla müqayisə edərək, normal insanların Rusiyaya qayıtmaq istəmədiyini bildirib.