“Yaxınlarımdan xəyanətlər görürəm” - Ayan

“Yaxınlarımdan xəyanətlər görürəm” - Ayan
 

“Məni ən çox əsəbiləşdirən etmədiyim bir şeyi insanlara etmişəm kimi göstərənlərdir”.

Olay xəbər verir ki, bu sözləri “Xəbərin var?” verilişində müğənni Ayan Babakişiyeva deyib.

Sənətçi yaxınlarından gördüyü xəyanətlərdən söz açıb:

“Məsələn, məni tanıya-tanıya bunu edirlər. Deyirəm, axı məni tanıyırsan, necə bunu yaraşdırırsan? Bilirsən ki, kiməm. Sənə yaxşılıqdan başqa nəsə etməmişəm. Yaxşılıq da edə bilməyəndə hamıdan uzaqlaşıram, danışmıram, bir insana məsləhət də vermirəm. Deyərsən, öz başına çarə qıl. Kimsə desə ki, sənin buna köməyin dəyə bilər, əlimdən gəlirsə, gecə 3-də olsa gedirəm. Amma mənim etmədiyim hərəkətləri boynuma şər-böhtanla qoyanda çox təsir edir. Yaşamışam. Heç bir qarşılıq verməmişəm.

Sadəcə uzaqlaşıram. Sənət dostlarımla heç nə ola bilməz. Səhv başa düşməsinlər. Mən həmkarlarımla yaxın deyiləm, o dərəcə yaxın buraxmamışam ki, mənə pislik etsin. Buraxmaram da. Bu sfera elədir ki, söz yayılır. Bir insan sınanmalıdır. Sınananlar da olub.

Mən desəm ki, aldadılmamışam, xəyanət görməmişəm, yalan olar. Elə gözəl xəyanətlər görmüşəm ki... Bu gün də yaxınlarımdan xəyanətlər görürəm. Baxıram, deyirəm, günahım nə idi? Ancaq yaxşılıq etmişəm. Əlimi uzatdığım, köməklik etdiyim insanlardan xəyanət görmüşəm. Ona görə deyirəm, şou-biznesin başına dönüm. Çünki onun da yaxını ona pislik edir. Dərdimi o, yaxşı başa düşəcək”.  

 

0.085273027420044