Seçkidə uduzdum, evlənirəm - İbrahim Tatlısəs
Türkiyəli "imperator" ləqəbli məşhur müğənni İbrahim Tatlısəs evlənir.
Ölkə.Az xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkələrdə paylaşım edib.
72 yaşlı sənətçi seçkidən sonra etdiyi paylaşımda diqqət çəkib:
"Seçkidə uduzdum və evlənirəm. Duyduq, duymadıq deməyin. Bütün subaylara salam olsun. Mən evlənirəm", - deyə o yazıb.