"SpaceX"in raketi Avropa rabitə peykini orbitə çıxardı

 

"Falcon 9" raketi Fransanın "Eutelsat 36D" telekommunikasiya peykini uğurla orbitə çıxarıb.

Paralel.az xəbər verir ki, bu barədə "SpaceX" şirkəti məlumat yayıb.

Məlumata görə, buraxılış şənbə günü Şərq vaxtı ilə saat 17:52-də baş tutub. Peyk Florida ştatındakı Kanaveral burnunda yerləşən Kennedi Kosmik Mərkəzində 39A start kompleksindən göndərilib.

Qeyd edilib ki, "Eutelsat 36D" peyki Avropa, Rusiya, Yaxın Şərq və Afrika ərazilərini əhatə edən telekommunikasiya xidmətləri göstərmək üçün nəzərdə tutulub. Cihazın xidmət müddəti 15 ildir.

 

0.01261305809021