Məmurlar ölkə xəstəxanalarında niyə müalicə olunmur?! - Araşdırma

Məmurlar ölkə xəstəxanalarında niyə müalicə olunmur?! - Araşdırma
 

TƏBİB əhalinin sağlamlığı ilə yox, kadrları dəyişməklə məşğuldur

Ölkənin tibb müəssisələrində müalicə olunan məmurlara rast gəlinmir. Bu faktı ölkənin tibb müəssisələrində müalicə olunan xəstələrin qeydiyyat kitabı vasitəsilə müəyyən etmişik.

Azərbaycanın yüksək səviyyəli tibbi avadanlıqla və peşəkar həkim kadrları ilə təchiz olunan tibb müəssisələri əsasən, Bakı şəhərində yerləşir. Ölkənin yüksək vəzifə tutan şəxsləri də vətəndaş olaraq, sağlamlıq problemlərini bu tibb müəssisələrinə müraciət etməklə həll etməlidirlər.

Maraqlı, həm də dəhşətli haldır ki, ölkədə ən yüksək vəzifə tutan məmurların (PA-nın yüksək çinli işçiləri, nazirlər, komitə sədrlərinin) heç biri bugünədək ölkənin heç bir tibb müəssisəsində müalicə olunmayıblar və adları da xəstəxananın qeydiyyat kitabına daxil edilməyib!

Bu heyrət doğuran faktlar göstərir ki, Bakı şəhərində olan dövlət və özəl tibb müəssislərinin yüksək vəzifə tutan şəxslərinin nəzarəti altında və mülkiyyətlərində olmalarına baxmayaraq, ölkədə yüksək vəzifəli, bir nəfər də olsun, şəxs bu tibb müəssisələrində müalicə olunmayıblar.

Bu, onu göstərir ki, Azərbaycanda fəaliyyət göstərən dövlət və özəl tibb müəssisələrində yaradılmış müalicə şəraitinə yüksək vəzifəli məmurlar inanmır və etibar etmirlər.

Müşahidə və araşdırmalarımızın nəticəsi göstərir ki, Azərbaycanın yüksək vəzifəli şəxsləri, adətən, yalnız yüksək xərc tələb edən Avropanın Almaniya, İsrail və ABŞ xəstəxanalarında müalicə olunmağa üstünlük verirlər.

Bu da ölkədə rüşvət və korrupsiyanın geniş yayılmasına ciddi şübhə yaradır! Ölkənin yüksək vəzifə tutan məmurları xarici ölkələrin yüksək xərc tələb edən tibb müəssisələrində əmək haqqı ilə qazandıqları pul ilə deyil, tutduqları yüksək vəzifədən sui-istifadə edərək, əldə etdikləri rüşvət və korrupsiya pulları hesabına müalicə olunurlar.

Ölkə əhalisinin 80 faizinin kasıbçılıqdan əziyyət çəkən Azərbaycanda müalicə olunmağın və yaşamağın nə qədər çətin olduğunu təsəvvür etmək heç də çətin deyil...

Abbas

0.012783050537109