İngiltərədə topdaşıyanların “səlahiyyətləri” azaldılacaq

İngiltərədə topdaşıyanların “səlahiyyətləri” azaldılacaq
 

Futbol üzrə İngiltərə Premyer Liqasında topdaşıyan uşaqların xətdən çıxan topu futbolçulara qaytarmasına icazə verilməyəcək.

Qeyd olunub ki, bu qərar meydan sahiblərinə üstünlük verməmək üçün atılıb.

Belə ki, bundan sonra İngiltərədə futbolçu meydandan kənara çıxan topu kənar şəxslərin köməyi olmadan götürüb oyuna qaytarmalıdır.

Eyni zamanda yan xətlərin yaxınlığında əlavə dörd top qoyulacaq. Həmin dörd topdan biri istifadə olunarsa, topdaşıyanlar yalnız bu zaman onu yeniləri ilə əvəzləyə bilərlər.

Nəticədə hücum edən tərəfə ədalətsiz üstünlük qazandırmaqla onların təhlükəli hücumlar yaratmasının qarşısı alınacaq.

 

0.016218185424805