"Bu gün incəsənət bərbad gündədir" -
Samirə

 

"Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsinə münasibət bildirərkən deyib. 

Meyxanaçı bildirib ki, bu gün deyilən meyxanalar cəmiyyətin tələbi ilə uyğunlaşır:

"Meyxanaçılarda da günah yoxdur, bu gün dinləyici onlardan ancaq elə sözlər gözləyir. Normal sözləri eşidəndə dinləmirlər. Meyxanaçı məcburdur ki, qeyri-etik sözlər işlətsin. Səliqəli meyxanaya heç kim əl çalmır, şabaş vermir. Meyxanaçılar da toy bazarı üçün səhnəyə çıxır. Cəmiyyət içərisində, uşaqların arasında "hallıyam”, "kayfdayam”, "kayfım zordur” və s. sözlərini işlətmək olmaz. Bunlar uşaqların tərbiyəsinə pis təsir edir. Təmiz, gözəl, səliqəli şəkildə deyilən meyxananı hamı kimi Elza da sevir". 

Samirə Yusifqızı hesab edir ki, Elza Seyidcahan bu fikirlərini bütün meyxanaçılara şamil etməyib:

"Bəzi meyxanaçıları nəzərdə tutur. Amma mən Elza ilə razıyam, düz deyir. Elə sözlər var ki, onu cəmiyyət  içərisində demək olmaz. Elza sözü düz danışan adamdır, doğrudan da elə meyxanaçılarımız var". 
 
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. O, meyxanaçılar qeyri-etik ifadələr işlətməkdə ittiham edib:

"Bəzi meyxanaçılar qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər".

 

0.019826889038086