"Belə məqamlarda heç kimin, xüsusən də dövlət başçısının yatmağa vaxtı olmur" -  Dmitri Peskov

 

Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktından sonra gecəni yuxusuz keçirib.

Paralel.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Müvafiq dövlət qurumlarının rəhbərləri həmin gün vaxtından asılı olmayaraq prezidentə hesabat veriblər. Bütün bunlar səhərə qədər davam etdi. Və zərərçəkənlər xəstəxanalara yerləşdiriləndə və ilk əməliyyatlar aparılarkən baş nazirin müavini Tatyana Qolikova səhər bu barədə Putinə məlumat verib. Belə məqamlarda heç kimin, xüsusən də dövlət başçısının yatmağa vaxtı olmur", - Peskov qeyd edib.

 

 

0.014602184295654