"O sözü deyən oğlan telefonunu da yazmalıdır" - Cavanşir Məmmədov - VİDEO
Müğənni Cavanşir Məmmədov fəhlələrlə bağlı dediyi sözlərdən sonra tənqid hədəfinə tuş gəlib. Üstəlik fəhləliklə məşğul olan bir nəfər video çəkərək ona müraciət ünvanlayıb.
Müğənni bu dəfə yeni açıqlaması ilə yanlış anlaşıldığını izah etməyə çalışıb.
"Fəhlə qardaşlarıma deyirəm, vallah, əgər mənim bu sözlərim sizin xətrinizə dəyibsə, üzr istəyirəm. Üzr istəmək də böyüklükdür. Amma mən xətrə deyiləsi söz deməmişəm. Sözlərimi verilişdə montaj edib paylaşıblar. Siz fəhlələrin işi hamıdan ağırdır. Amma yüngül işlər də var. Hər sahədə var. Onu sən niyə üzərinə götürürsən? Niyə mənə qarşı briqada, komanda düzəldirsiniz? O sözü deyən oğlan da öz telefonunu da (nömrəsini) qoymalıdır. Qoymursansa, demək sözünü deyib gizlənirsən. Belə etmək lazım deyil", - o deyib.
C.Məmmədov bildirib ki, nə məmurdur, nə də nazir, o, xalqa xidmət edir:
"Ola bilər ki, sən məni düzgün başa düşməmisən və ya mən səhv etmişəm. Səhvsiz iki cisim var: biri göydə Allah, ikincisi də yerdə ölüdür. Allahdan başqa hamı səhv edə bilər. Ona görə də sözlərinizə diqqət edin. Mən demişəm ki, bizim işimiz də fəhləlikdir... Biz nə məmur, nə də ki nazirik... Biz də xalqımıza xidmət edirik. İndi sən fəhlənin üzərinə ağır iş düşüb, digərinin isə yüngül. Təki Allah mənə də sən fəhlənin canının sağlığından verərdi, mən də gəlib daşı-daş üstünə qoya bilərdim. Elə insanlar var ki, hər şeyi olsa da amma canının sağlığı yoxdur. Bu da belə... Bu Azərbaycanı və burada olan villaları tikən elə sizin kimi oğullardı da... O villanı tikən insan günü 20 manata işləməyib ki... O villanın smetası tutulanda 500 min edib. Əgər o villanın qiyməti 5 milyondursa, orada günü 20 manata işləyən olmayıb. Sən də zamanında peşə, texniki məktəbi oxuyardın indi də olardın briqadir, iş ustası, mühəndis. İndi sənin sahənə fəhləlik düşüb. Biz sənin işini görə bilmərik. Hərənin Allah tərəfindən öz yazısı var".