Dünyada xaos getdikcə güclənir...

Dünyada xaos getdikcə güclənir...
 

Tapdıq Abbas
Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü.

Kimin haqlı olduğunu müəyyən etmək çox çətindir

Deyəsən, düz deyirlər, dünya tərsinə dövran edir indi. Heç kim, heç kimin ərizəsini oxumur... Görün, nə aləmdir ki, heç Ermənistanın başsız baş naziri Paşinyan da öz ağası Rusiyanı tanımaq belə, istəmir, hətta Rusiyanın Ermənistanın Gümrü şəhərində dislokasiya olunan 102-ci ordusunu Ermənistandan çıxarmaq istəyir, KTMT üzvü olduğu halda iştirakını dondurduğunu iddia edir.

Ermənilər Hidistandan üzü bəri köçüb, hərəkət edəndə də, xəyanətkarlıq etdiyinə görə, qovulublar və onlar bu gün də satqınlıqda, xəyanətkarlıqda dünya birincisidirlər. Bu səhvinə görə, hələ orta əsrlərdə ermənilərin nəsillərini kəsmək və yer üzündən tamamən silmək barədə düşünən Əmir Teymur hörmətlə yad edilir.

O, qəti qərara gəlmiş, lakin vəzirinin məşhur tösiyyəsilə: “Ermənilərdən biz az saxlamaq lazımdır ki, gələcək nəsillər ermənilərə görə sizi söyməsinlər”- deyərək, ermənilərin nəslinin tam kəsilməsinə, yer üzündən silinməsinə mane olub. Ermənilər xəyanətkar olduqlarına görə, yaranan gündən didərgin həyat yaşayırlar. Məhz Hidistandan da xəyanətkar və satqın hərəkətə görə qovulublar, dünyanın hər yerinə toxum kimi, yayılıblar. Ermənilər keçən əsrin əvvəllərində ilk xəyanəti onlara sığınacaq verən Türkiyəyə edərək, xaçlıların tapşırığı ilə milyonlarla türkü qətlə yetiriblər. Xristianların köməyilə özlərinin türklərə qarşı törətdikləri genosidi türkün ayağına yazaraq, Türk dövlətindən maddi miras almaq eşqinə düşüblər.

Ermənilərin növbəti xəyanəti ötən əsrin əvvəlində Azərbaycan torpağında Ermənistan dövlətini yaradan, cümlə türklərə qarşı erməni düşmənçiliyini qızışdıran, onların Türkiyə və Azərbaycana qarşı ərazi iddilarına dərin dəstək verən Rusiyaya qarşıdır. ABŞ, Fransa, Avropa İttifaqının və həmin dövlətlərdə möhkəm yuva qurmuş erməni lobbisinin şirinikləndirici təkliflərinə aşiq olan ermənilər Rusiyaya qarşı xəyanətkar mövqeyi tutublar. Hazırda Ermənistanın baş naziri N. Paşinyan Bayden - Blinken – Makron - Mişel - Ursula - Şults ilə daha çox əlaqə saxlayır, Ukrayna ilə qanlı işğalçılıq müharibəsi aparan Rusiya prezidenti V. Putini hakimiyyətdən devirməyə çalışan Qərb liderlərilə birlikdə çalşır. Ermənilərin xəyanətkar xüsusiyyətindən Rusiyaya qarşı istifadə edən Qərb dövlətlərinin liderləri hələlik ermənilərin hərəkətləri onların işinə yaradığına görə susurlar. Amma düşünmürlər ki, ermənilər onlardan güclü biri meydana çıxarsa, dərhal, Rusiya kimi onları da satacaq!

ABŞ prezidenti, tez-tez yıxılan Co Bayden ayaq üstə zorla dayanmasına baxmayaraq, dünyaya ağalıq etmək iddiasından əl çəkmir. ABŞ prezidenti indi də dünyanın ən böyük dövləti Rusiyanın prezidenti Vladimir Putini qəssab adlandırıb. Qəssab demişkən, yadıma Moskva vilayətində baş vermiş terror aktı düşdü. Həmyerlimiz Araz Ağalarovun Moskva vilayətindəki obyektində baş vermiş terror aktı nəticəsində həlak olanları və yaralıları mənə xatırlatdı. “Krokus”da törədilən terror aktında ölənlərə Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirəm!

Eyni zamanda, Rusiyanın ən yeni tarixini bəzəyən terror aktlarını doğuran əsas səbəblərin hələ də aradan qaldırılmaması məsələsi var. Rusiya ərazisinə görə, dünyanın ən iri dövlətidir və bu dövlətin həm də həll olunmamış çoxlu sayda iri də problemləri var. Bu problemlər həll olunmaq əvəzinə, rəhbərlik tərəfindən daha da dərinləşir və özü ilə ölkəyə qanlı hadislər gətirir.

Baxın, Rusiya dünyada «işğalçılıq mələyi» kimi tanınır. Dünyanın elə bir qitəsi. elə bir materiki yoxdur ki, orada Rusiyanın işğalçılıq əməlləri rol oynamasın. Tarixçilər gözəl bilir ki, eramızın IX əsrində Kiyev Rus dövləti kimi dünya xəritəsinə və tarixə düşən bu dövlətin öz ərazisi indiki ərazisindən 10-15 dəfə kiçik olub. Tarixi həqiqətləri danmaq mümkün deyil. Rusiya hazırkı ərazisini işğalçılıq yolu ilə böyüdüb. Təsəvvür edin, Rusiyanın işğalçı generalı Yermak Ural dağlarını ilk keçən rus olub və bu hadisə 1581-ci ilə təsadüf edir. Hazırda Ural dağlarından şərq hissəsində yerləşən bütün ərazilər Rusiyanın olmadığı halda, Rusiya torpağı sayılır!..

Deməli, Rusiya işğalçılıq törədib, milyonlarla günahsız insanları qırıb, məhv edib və onların torpaqlarını zorla zəbt edib, indi də törətdiyi həmin qanlı hadisələrin cavabını alır. Gəlin, tarixi vərəqləyək, görək Rusiyanın Azərbaycana qarşı törətdiyi qanlı hadisələrin xranaloğiyası necədir?! Əslində, ölkəmizin tarixi Rusiyanın törətdiyi qanlı hadisələr tarixidir! Baxın, Rusiya hazırda Ukrayna üzərindən Qərblə müharibə etməsə, Azərbaycana hansı münasibətdə olar? Rusiya Qərb tərəfindən sıxışdırıldıqca Azərbaycana, Türkiyəyə sığınır.

Amma tarixə baxanda, keçmiş vaxtlarda Azərbaycanla Türkiyəni işğal etmək üçün min fitnə-fasad törədib. Bir anlığa tarixi Çanaqqala döyüşünü xatırlayın və həmin döyüşdə Rusiyanın Türkiyəyə qarşı tutduğu düşmən münasibəti yada salın!
Rusiya tarix boyu tək Azərbaycanı yox, qonşuluqda olan bütün ölkələrin ərazilərini zorla zəbt edib, xalqlara zülm edib, təslim olmaq istəməyən insanları məhv edib və hazırda regionda da bu işğalçı siyasəti davam etdirir.

Bəlkə, Rusiyanın xalqımızın başına gətirdiyi tarixi qanlı hadisələr yaddan çıxıb, rus dilini sevən və rus dilini özünə ana dili seçən gənc nəsil tarixin acı həqiqətlərilə barışıb?!..
Hərəkətlərindən aydın görünür ki, Ermənistan sülhdən danışsa da, hələ Azərbaycanla sülh müqaviləsi bağlamaq barədə düşünmür. Qərb dostlarının tösiyyəsilə sülhdən danışsa da, Rusiya – Ukrayna müharibəsinin kimin xeyrinə bitəcəyini gözləyir. Əgər Rusiya – Ukrayna müharibəsində Qərb istəyinə çatsa, o zaman Ermənistanın haqsızlıqlarını müdafiə edən Qərb qardaş Türkiyəni neytrallaşdırıb. Azərbaycan üzərinə hərəkət edəcək.

Ona görə də, Azərbaycan Qərbin yağlı dilinə inanıb ağacını əldən yerə qoymamalıdır. Nəzərə almaq lazımdır ki, Qərb Cənubi Qafqazda Ermənistanı tərəfdaş seçib və Azərbaycanın mövqeyilə barışmaq fikri yoxdur, ölkəmizlə diktat dili ilə danışmağa köklənib...

Son olaraq bir daha təkrar edirəm, dünyada xaos yaşanır, indiki mərhələdə hadisələrin hansı istiqamətdə cərəyan edəcəyi barədə proqnoz vermək olduqca çətindir. Qərbin və ya Rusiyanın regionda üstün olacağı hələ bəlli deyil. Azərbaycan dünya xaosdan çıxanadək hərbi - siyasi baxımdan güclənməli, öz müttəfiq və tərəfdaşlarını artırmalı, xüsusən qardaş Türkiyə ilə bir yerdə olmalıdır, dünya ağalığı uğrunda qaydasız mübarizə aparan, boğuşan Qərb və Rusiya ilə yaxşı münasibət qurmağa cəhd etməlidir...

 

0.015151977539062