Şahid ifadələri - Azərbaycanlılara qarşı soyqırımın sübutu

Şahid ifadələri - Azərbaycanlılara qarşı soyqırımın sübutu
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında
dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun Göyçənin tarixi
Azərbaycan torpaqları olduğunu vurğulamışdır. Ölkə rəhbəri Qərbi Azər-
baycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “...Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı
yaşayıb”.
Lakin keçən əsrdə Qərbi Azərbaycandakı - indiki Ermənistan
ərazisindəki adları Azərbaycan mənşəli, əsrlərlə azərbaycanlıların yaşadıqları
yüzlərlə kənd erməni silahlı dəstələri tərəfindən dağıdılaraq həmişəlik xarabalığa
çevrilmişdir. Q.Muradyan adlı bir erməni 1920-ci ildə ermənicə “Joğovurd”
qəzetində dağıdılmış azərbaycanlı kəndləri haqqında yazırdı: “...bu kəndlərin
əhalisi Ermənistan sərhədlərini tərk etmişlər (qovulmuşlar- İ.V.). Mən
dağıdılmış kəndlər gördüm ki, orada bir neçə pişik və iki-üç it qalmışdı. Onlar
bu ölüm sükutuna təəccüblənir, qeyri-adi və qəribə səslə hürürdülər”.
İrəvan Quberniyasının Üçkilsə (Eçmiadzin, sonralar Talin rayonu)
qəzasına daxil olan Ağcaqala, Eşnək, Əkərək, Dian, Quldərviş və Yuxarı Kolanı
kəndləri də ermənilər tərəfindən viran qoyulmuş həmin kəndlərdəndir. Bu
kəndlərin sakinləri isə erməni soyqırımının canlı şahidləri idi.
1918-ci ildə adları çəkilən kəndlərdən - öz doğma tarixi-etnik
torpaqlarından qovulanların keçmiş Vartaşen (indiki Oğuz) rayonunun Yaqublu
kəndində məskunlaşmalarından 105 ildən çox vaxt keçmişdir. Artıq bu
adamların heç biri həyatda yoxdur. Hazırda həmin kənddə onların törəmələri –
övladları, nəvə, nəticə və kötücələri yaşayırlar.
Qeyd etməliyik ki, deportasiyaya məruz qalanlar Yaqubluya gəlib
yerləşənə kimi onların çoxu erməni vəhşiliyinin qurbanı olmuş, bir hissəsi isə
fiziki sarsıntılara mənəvi genosidə, ağır həyat şəraitinə, kəskin iqlim
dəyişikliklərinə dözməyərək yolda-izdə həlak olmuşdular. Ona görə
ağcaqalalı Qəni Abbasov şeirlərinin birində obrazlı şəkildə demişdi ki, “Altmış
kənd yiğildıq, bircə kənd olduq”.
Adları çəkilən kəndlərdən qovulanların başlarına gələn müsibətləri təsvir
etmək belə insana əzab verir. Yeniyetmə vaxtlarımda yaşlı nənə və babalarımın
(soyqırım şahidlərinin) öz aralarında etdikləri söhbətlər yadıma düşür. Onlar
Qərbi Azərbaycandakı kəndlərindən, oranın təbiətindən, sayılıb-seçilən
şəxslərindən, adət-ənənlərindən, geyimlərindən (dingə, güləbatın küləcə,
mintənə, kəlağayı, çəpkən, çəpgəni ətlaz s.) süfrə mədəniyyəti
yeməklərindən (əriştə şorbası, əvəlikli çəkməcə, irəvan kətəsi, yalançı dolma,
balıq çörəyi, yeznə şirnisi, növbənöv plovlar, sac yeməkləri, daş küftəsi, çaşır
turşusu s.), Novruz bayramını necə qeyd etmələrindən elə şirin-şirin
danışırdılar ki! Elə bilirdim ki, nağıllar aləmindəyəm. Gətirdikləri tikmələrin
üzərində rəngli saplarla işlənmiş mifoloji elementlər isə məni sehrli, qəribə bir
aləminə aparırdı.
Başlarına gələn müsibətlərdən söz açanda gözlərindən axan yaşı tez
əllərinin dalı ilə silirdilər ki, görən olmasın. Üzdən gülsələr də, ürəklərində
böyük bir nisgil vardı: Vətən, torpaq nisgili. Mahiyyətini başa düşmədiyimə
görə onların ağlamağına bir məna verə bilmirdim. Sonralar başa düşdüm ki,
onlar paramparça olmuş Vətənin, deportasiyaya məruz qalaraq həlak olan
soydaşlarının, həm də özlərinin taleyinə ağlayırmışlar. Üstündən illər keçsə də,
baş verənlərin, erməni vəhşiliklərinin, aldıqları mənəvi yaraların ağrısını-acısını
yaşayır, məruz qaldıqları həmin dəhşətli hadisələrin təsirindən çıxa bilmirdilər.
Bu adamlarla təmasda olarkən həmişə onların ürəklərində o məşəqqətli
illərin ağrısının qaldığını hiss edirdim. İki daşın arasında yaylıqlarının ucuna
düyünləyib gətirdikləri bir ovuc vətən torpağını tutya kimi qoruyurdular.
Ağcaqala, Eşnək, Əkərək, Dian, Quldərviş və Yuxarı Kolanıdan gətirdikləri
həmin torpağı qəbrlərinin üzərinə səpməyi bir-birinə vəsiyyət edirdilər.
Onlar XX əsrin 60-70-ci illərində Qərbi Azərbaycana gedib dədə-
babalarının yurd yerlərini ziyarət edib qayıdan həmyerlilərini, oğullarını, nəvə-
nəticələrini saatlarla söhbətə tuturdular. Doğma yurd yerlərinin qoxusunu ora
gedib-qayıdanlardan almaqla təskinlik tapırdılar.
Kənd sakinlərindən Məmmədov Məmməd İsa oğlu, Abdullayev Əli
Kərim oğlu, Abbasov Qəni Allahverdi oğli, Əhmədova Səriyyə Cəlil qızı,
Poladova Qızdarxanı Qurbanəli qızı, Abbasov Həsən Allahverdi oğlu,
İmamverdiyev Hüseyn İsmayıl oğlu, Rzayev Qafar Abdulla oğlu, Abdullayev
Məmmədəli Əlyar oğlu, Məmmədov Mirabbas Ağəli oğlu, Mehdiyev Kərim
Kazım oğlu, Rzayeva Ənbər Abdulla qızı, Abdullayev Abdulla Kərim oğlu və
onlarla digərləri erməni vəhşiliklərinin canlı şahidləri idilər. Onların söylədikləri
“qorxulu nağıllara” oxşayırdı. Balaca uşaqlar qorxduqları üçün bu hadisələr
onların yanında söylənmirdi. Amma bunlar nağıl yox, dəhşətli və acı həqiqətlər
idi.
Bu gün canlı şahidlərin özləri həyatda olmasa da, onların erməni
vəhşilikləri barədə söylədikləri övladlarının, nəvə-nəticələrinin, kötücələrinin
yaddaşında yaşamaqdadır.
Erməni quldurları tərəfindən nənə-babalarımızın başına gətirilənləri
xatırlamaq nə qədər çətin olsa da, onları yaddan çıxarmamalı, gənc nəslin
yaddaşına petroqlflər kimi həkk etməliyik. Bəyəm, başımıza gələn bəlaların bir
səbəbi unutqanlığımız deyilmi!? Hafizəsi olmayan xalq isə məhvə
məhkumdur.
Nə yaxşı 2003-cü ildə çap olunmuş “Yaqublu və yaqublular” kitabımda
həmin şahidlərin bəzilərinin ifadələrini verə bilmişəm. Erməni vəhşiliklərinin
sübutu olan həmin ifadələrdən bir neçəsini Sizlərin də nəzərinə çatdırmaq
istərdim. Zənn edirəm ki, bu ifadələr sizin “hiyləgərlikləri olduqca iyrənc,
alçaqlıqları olduqca dözülməz, əclaflıqları olduqca təəssüfləndirici olan” (fransız
səyyahı qraf De-Şolye) ermənilərin xalqımızın başına açdıqları fəlakətlər barədə
təsəvvürlərinizi az da olsa, genişləndirəcək.
İlk ifadə erməni vəhşiliklərinin canlı şahidi Qurbanov Əkbər İbrahim
oğluna aiddir. O söyləyirdi ki, “Ağcaqaladan uzaqlaşandan sonra axşamçağı bir
dərəyə gəlib çatdıq. Dayanmalı olduq. Burda bir neçə azərbaycanlı ilə rastlaşdıq.
Onlar yaxınlıqdakı kənddən olduqlarını söylədilər. Dedilər ki, ermənilər kəndin
bütün əhalisini yuaxınlıqdakı dərəyə toplamış və hamısını qırmışlar. Səhər
açılanda gözlərimizə inanmadıq. Dərə cəsədlərlə dolu idi. Öldürülənlərin
çoxunun əzaları (başı, qolu, qıçı) ayrılmış, qarnı yırtılmış,, gözləri oyulmuşdu.
Onların içərisində çoxlu qadın və uşaq cəsədləri vardı. Bu vəhşiliyə ürək dözə
bilməzdi. Şahidlərin hamısı ağlayırdı. Fəqət burada ləngimək ölümə bərabər idi.
Ürəyimizə daş basıb yolumuza davam etməyə qərar verdik. Çox çətinliklə
Gəncəyə gəlib çıxdıq. Sonra isə indiki Şəki rayonunun Cəyirli və Qayabaşı
kəndlərində bir müddət yaşadıq. Nəhayət, gəlib Yaqubluda məskunlaşdıq”. (Onu
da qeyd edək ki, Əkbər kişi hələ Qayabaşı kəndində yaşayanda qardaşı Qurbanla
türk hərbi hissələrinin tərkibində ərazidəki kəndlərin quldur erməni tör-
töküntülərindən təmizlənməsində fəal iştirak etmişdi.)
Hadisələrin canlı şahidlərindən başqa biri - uzun müddət kənddə kolxoz
sədri və sovet sədri işləmiş, keçmiş RPK-nin büro üzvü olmuş, eşnəkli Rzayev
Qafar Abdulla oğlu söyləyirdi ki, Eşnəyi məcburən tərk edərək Azərbaycana
gələrkən yollarda azərbaycanlı kəndlilərin süngüyə keçirilmiş meyitləri, kəsilmiş
bədən hissələri və dağılıb tökülmüş daxili orqanları ilə rastlaşırdıq. Onların
çoxu qadın uşaq meyitləri idi. Cəsədlər yaxınlıqdakı quyulara
doldurulmuşdu.
84 yaşlı Abdullayeva Əsmayə Əhməd qızı isə anası Əhmədova Səriyyə
Cəlil qızından eşitdiyi hadisəni belə danışırdı: “1918-cı ildə ermənilər
Ağcaqalaya hücum etdilər. Xeyli müqavimət göstərən ağcaqalalılar axırda kəndi
tərk etməyə məcbur oldular. Sonralar öyrəndik ki, kənddən vaxtında çıxa
bilməyənləri ermənilər iri damlara doldurub diri-diri yandırmışlar. Əlikörpəli,
hamilə qadınlar, uşaqlar, qocalar at və öküz arabalarında günlərlə yol gedirdilər.
İgid oğlanlarımızın sayəsində kənddən çıxanların bir qismi Naxçıvana
Türkiyəyə keçdilər. Bir müddət Türkiyədə sığınacaq tapdıq. Sonra Gəncəyə
gəldik. Daha sonra Qəbələ rayonundakı Nic kəndində məskən saldıq. Qohum-
əqrabaları axtara-axtara gəlib axırda Yaqubluya yerləşdik”.
Oğuz şəhərində məktəb direktorü işləmiş Y.Əliyev keçən əsrin 60-cı
illərində atası Abdullayev Məmmədəli Əlyar oğlundan eşitdiyi hadisəni nəql
edirdi: “Atam deyirdi ki, artıq qırğın düşmüşdü. Çarəmiz arvad-uşağı da götürüb
kənddən çıxmaq idi. 50-60 ailə baş götürüb kənddən uzaqlaşdıq. Axşamçağı
gəlib bir erməni kəndinə çatdıq. Ermənilər bizi “mehribanlıqla” qarşıladılar.
Təklif etdilər ki, gecəni burada qalaq, səhər özləri bizi yola salacaqlar. Əvvəl
razılaşdıq. Gecə şübhələnib bir hissəmiz xəlvətcə kəndi tərk etdik. 20 nəfərə
qədər isə kənddə qaldı. Xeyli yol getdik. Sonra dayanıb geridə qalanları
gözlədik. Bir azdan uzaqdan bir nəfərin gəldiyini gördük. Onu qarşılamağa
getdik. Çatanda həmin şəxsin kənddə qalan həmkəndlilərimizdən biri olduğunu
gördük. Qan içində zorla nəfəs alırdı. Söylədi ki, səhərə yaxın ermənilər onları
yola salmaq adı ilə kənddən çıxarmış, xeyli aralıdaki dərənin kənarına gətirmiş,
bütün var-yoxlarını əllərindən almış və hamısını qılıncdan keçirmişlər”.
Yuxarıda da qeyd etdiyimiz kimi bu cür ifşaedici ifadələr çoxdur. Bütün
bunlar bir daha sübut edir ki, erməni vəhşiliyinin həddi-hüdudu olmamışdır.
Məlum olduğu kimi XX əsrin əvvəllərində ermənilər ancaq Qərbi
Azərbaycan - Ermənistan adlanan ərazidə deyil, Bakı quberniyasının Bakı,
Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da
vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq
aktları həyata keçirmişlər. Əsrin sonlarında törədilən Xocalı faciəsi isə əsl
genosid idi.
O müdhiş illərin üstündən xeyli vaxt ötmüşdür. Əsas məsələ, yuxarıda da
qeyd etdiyimiz kimi, erməni vəhşiliklərini unutmamaq və unutdurmamaqdır.
Xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu
öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın,
faciələrdən nəticə çıxarmağı bacarsın.
Vətən müharibəsində dövlət rəhbərliyi ilə xalqımızın birliyi, qəhrəman
oğullarımızın sayəsində erməni quldurlarından qisas alınsa da, “Dəmir yumruq”
isə həmişə hazır olmalıdır. 200 ildən artıqdır ki, türk xalqlarına qarşı
düşmənçilik siyasəti aparan ermənilərə inanmaq olmaz! “Qardaş olub Hayastan-
Azərbaycan” “sovet nağılına” heç inanmaq olmaz! Çünki tarix sübut edib ki,
“...ermənilər xəyanətkar və arxadan zərbə vurandırlar.” Az qala 1000 il bundan
əvvəl “Qabusnamə”də onlar haqqında deyilirdi ki,“...Yer kürəsində mövcud
xalqlardan ermənilər ona görə fərqlənirlər ki, onların xarakterində və təbiətində
murdarlıq vardır. Ermənilər olduqca nadürüst, arxadan zərbə vurandırlar.
Riyarkardırlar, Oğrudurlar. Çörəkləri düzlərinin üstündədir, Həmişə özünüzü
onlardan qoruyun”. A.S.Qriboyedov rus imperatoruna məktubunda yazırdı:
“Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə
verməyin. Onlar elə tayfadırlar ki, bir neçə il yaşayandan sonra dünyaya hay-
küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır”. İsveç səyyahı
Adam Mets nahaq yerə deməyib ki, “ermənini bircə saatlığa nəzarətsiz qoysan,
təbiəti dərhal onu şər işlərə sövq edəcək”.
Tarixi həqiqəti isə dəyişdirmək mümkün deyil. İlahi ədalət bir gün
mütləq təcəlli edəcək. Vaxt gələcək Qərbi azərbaycanlılar öz doğma dədə-baba
torpaqlarına qayıdıb orada yaşayacaqlar. Ermənilər istəsələr də, istəməsələr də,
bu olacaqdır!
Çünki Qərbi Azərbaycanın əsl sahibi bizim xalqımızdır
soydaşlarımızın o əraziyə qayıdıb orda yaşaması isə onların əzəli insanlıq haqqı
və beynəlxalq normalarla müəyyən edilən hüququdur.
 
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi

Paralel.az
0.045001983642578