39 yaşlı futbolçu karyerasını bərpa edib - FOTO
Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib.
“Qafqazinfo” xəbər verir ki, 39 yaşlı oyunçu “Cəbrayıl”a transfer olunub. Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ruslan karyerası ərzində “Ümid”, “Ədliyyə”, “Karvan”, “Standard”, “Neftçi”, “İnter”, “Qəbələ”, AZAL və “Səbail” klublarında çıxış edib.