Məşhur futbolçu onu İŞİD-çi adlandıran jurnalistdən şikayət etdi
Almaniya millisinin təcrübəli futbolçusu Antonio Rüdiger və ölkənin futbol federasiyası (DFB) alman jurnalist Yulian Reyxelti məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb həmin jurnalistin "Real"ın futbolçusunun şəklini İŞİD terror qruplaşmasının jesti ilə əlaqələndirməsi olub.
Müsəlmanlığı qəbul etmiş Rüdigerin namaz qılarkən şəhadət barmağını qaldırıb, "Uca Allah orucumuzu və dualarımızı qəbul etsin” - mesajını verdiyi formada şəkil paylaşdıqdan sonra onun addımını İŞİD-lə əlaqələndirən Reyxelt sosial şəbəkələrdəki səhifəsində futbolçuya "hücum" edib. Jurnalist "X" sosial şəbəkəsində, "Antonio Rüdigerin jestini islamçı salam kimi tanımaq istəməyənlərin nəzərinə: Konstitusiyanın Müdafiəsi Federal İdarəsi bu jesti "İŞİD-in barmağı” adlandırır və şəhadət barmağında islamçılığın açıq əlamətini görür. "İŞİD barmağı” islam dövləti yaraqlılarının işlərinin simvolu olaraq qaldırılmış şəhadət barmağından istifadə etdikləri jestdir. Gücün və qələbənin simvoludur. Son iki onillikdə terrorçular tərəfindən mənimsənilib. Bu, şübhəsiz ki, İŞİD-in və dünyanın hər yerindən islamçı qatillərin, Berlində də qətlə yetirən insanların salamına çevrilib və dünyaya fəlakət, ölçüyəgəlməz iztirablar gətirir" - yazdığı paylaşım edib.
Futbolçu isə jurnalisti təhqir, böhtan, qızışdırıcı təhqir və fitnə ittihamı ilə qınayıb. Həmçinin DFB də jurnalistin paylaşımını nifrət nitqi kimi qiymətləndirərək prokurorluğa şikayət edib. Nəticədə Almaniyanın Mətbuat Agentliyi Reyxeltə qarşı cinayət işi qaldırıb.
Ancaq jurnalist sözlərində israrlı olduğunu bildirib. O, "İctimaiyyətə bu cür poza verən şəxs şüurlu şəkildə fanatik bir salam nümayiş etdirir, günahsız və mənəvi bir jest deyil. Bu, artıq çox yer tutan dəhşətli bir ideologiyanın normallaşmasıdır. Bundan əlavə çox məşhur beynəlxalq oyunçu olduğuna görə sizi qorxutmaq istəmirəm. Dünyanın hər yerində terrorçuların qətllərini qeyd etdikləri İslamın qaldırılmış şəhadət barmağı Almaniyaya aid deyil. Bu siyasi ideologiya bizim dəyərlərimizə ziddir. Mən heç vaxt icazə verməyəcəyəm ki, kimsə bunu deməyimə mane olsun" - sözlərini söyləyib.