“Qazprom”un gəlirləri kəskin azaldı
Rusiyanın ən böyük enerj şirkəti “Qazprom”un gəlirləri 2023-cü ildə 5,6 trilyon rubla (60,6 milyard dollar) enib.
Bu, 2022-ci il ilə müqayisədə 29,6% azalma deməkdir.
Şirkətin xalis mənfəəti isə illik müqayisədə 6,9% azalaraq 696 milyard rubl (7,5 milyard dollar) olub.
Şirkətin gəlir və mənfəətdəki azalmalara səbəb Rusiya-Ukrayna müharibəsi səbəbindən Avropanın bir çox ölkələrinin Rusiya qazının idxalını dayandırmaq və ya azaltmaq barədə qərarı olub.
“Qazprom” bazar itkisini azaltmaq üçün Asiya bazarlarına daşımalarını artırır.