"İnsanlara sosial problem yox, boşanma maraqlıdır" - Səidə Sultan

 

"Ehtiyac yoxdur bahalı mahnı alıb, bahalı klip çəkdirim. Tamaşaçı deyir, get otur mətbəxdə oxu. Niyə özümü dərdə salım?"

Bu sözləri müğənni Səidə Sultan "Cümə axşamı" proqramında deyib.

Sənətçi artıq keyfiyyətli mahnıların sevilməməsindən şikayətlənib.

O bildirib ki, indi ucuz mahnı alanlar daha məşhurdur:

"Baxıram ki, 500 manata mahnı alıb, klip çəkdirənlər nələr edir? Hamısı da 500 manatladır. Getdikcə də hər şey pisə doğru gedir. Keyfiyyət önəmli deyil".

Səidə əlavə edib ki, sosial problemlər insanları maraqlandırmır:

"Azərbaycanda sosial problem heç kimin vecinə deyil. Özünü öldür heç kimə lazım deyil. Amma denən, Səmayənin qızı boşanıb. Hamı başlayacaq maraqlanmağa. Hamıya bu lazımdır". (Axşam.az)

 

0.016333818435669