Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşdi

Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşdi
 

 

Bakı Dəmiryol Vağzalının Süleyman Rəhimov küçəsi ilə Mirəli Qaşqay küçəsinin kəsişməsində (“28 May” metro stansiyasının yuxarı hissəsi) yerləşən avtomobil parklanma ərazisi vağzala gələn sərnişinlərin qarşılanma və yola salınma zonası kimi fəaliyyət göstərilməsi səbəbindən avtomobillər üçün parkinq tarifləri müəyyən edilib.

Paralel.az xəbər verir ki, bu barədə report-a “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.

Onun sözlərinə görə, sözügedən ərazi sərşinlərin qarşılanması və yola salınması zonası olduğu üçün avtomobillərin ilk 15 dəqiqə ərzində ödənişsiz park edilməsinə şərait yaradılıb.

"Dəmiryolundan istifadə edənlərin vağzal ərazisinə avtomobillə giriş və çıxışını, o cümlədən sərnişin məmnuniyyətini təmin etmək baxımından 15 dəqiqə ödənişsiz vaxt müddəti təyin edilib", - S. Nəzərova qeyd edib.

O əlavə edib ki, qarşılanma və yola salınma zonasının 72 avtomobili parkinq etmək tutumu var: "Bu baxımdan ərazi ilk növbədə qatarlardan istifadə edən sərnişinlərin vağzal ərazisinə rahat daxil olması üçün nəzərdə tutulub. 15 dəqiqədən artıq digər məqsədlərlə ərazidə avtomobil saxlamaq istəyənlər müəyyən edilən tariflərə uyğun avtomobillərini parkinq edə bilərlər.

Eyni zamanda sözügedən zonada avtomobillərin sutkalıq və ya daimi saxlanılması arzuedilən deyil, çünki uzunmüddətli parklama ərazinin əsas təyinatı olan sərnişinlərinin rahat gəlib gedişinə maneə törədir.

"Nəzərə alsaq ki, ADY-na məxsus qatarlardan gündəlik olaraq 30 mindən çox sərnişin istifadə edir ilk növbədə sərnişinlərimizin Bakı Dəmiryol Vağzalının xidmətlərindən rahat istifadə etmələri və parkinq ərazisinə manesiz daxil olmaları üçün şərait yaradılacaq".

Tariflərin yüksək olmasına gəlincə, ADY-nin rəsmisi vurğulayıb ki, bu zonanın təyinatı ilk növbədə sərnişinlərin vağzal ərazisinə rahat daxil olmaları və çıxışını təmin etməkdir: "Ərazidə uzunmüddətli maşın saxlamaq istəyənlər vağzal ətrafında uyğun qiymətlərlə fəaliyyət göstərən "Azparkinq" yerüstü və yeraltı dayanacaqları xidmətlərindən istifadə edə bilərlər."

 
 
 
0.054605960845947