Qurban Qurbanov daha bir klubun maraq dairəsində

Qurban Qurbanov daha bir klubun maraq dairəsində
 

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov daha bir xarici klubun maraq dairəsinə düşüb.

Bunu futbol agenti Ramil Adıgözəlov açıqlayıb.

O, Rusiya mətbuatına açıqlamasında Gilyermo Abaskalı məhz 52 yaşlı azərbaycanlı mütəxəssisin əvəzləyə biləcəyini iddia edib: "Qurban Qurbanov əla mövsüm keçirib. Bu, artıq ilk belə mövsüm deyil. O, nəhayət ki, Avropada da bu qədər irəlilədi. Düşünürəm ki, əksər klublar ona diqqət yetirdi. "Latsio", Türkiyə çempionatı barədə söhbətlər oldu. Düşünürəm ki, "Spartak" da onu izləyib. Qurbanova böyük tələbin olacağı məntiqlidir. "Spartak" böyük layihədir. Təkcə Qurbanov deyil, istənilən məşqçiyə bu klub maraqlı olar. Baxmayaraq ki, Rusiya klubları indi avrokuboklarda oynamırlar".

Qeyd edək ki, "Qarabağ" cari mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyib.

 

0.017194986343384