24 yaşlı futbolçu məşq zamanı öldü

24 yaşlı futbolçu məşq zamanı öldü
 

Boliviyanın elit divizionunda çıxış edən “Real Santa Cruz” futbol komandasının kolumbiyalı hücumçusu Gilyerme Denis Beltran 24 yaşında vəfat edib.

Paralel.az xəbər verir ki, faciə Beltranın meydanda səhər məşqi zamanı baş verib.

O, ürək-damar fəaliyyətinin dayanması səbəbindən huşunu itirib. Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Denis “Real Santa Cruz”da 21 oyun keçirib, bir qol və üç məhsuldar ötürmə edib.

 

0.023900032043457