Benzia milli komandada qol vurdu

Benzia milli komandada qol vurdu
 

Altı il sonra Əlcəzair millisinə yenidən dəvət edilən “Qarabağ”ın futbolçusu Yassin Benzia dünən Boliviya ilə keçirilən yoxlama oyununda qol vurub.

Benzia 79-cu dəqiqədə fərqlənib və komandasının hesabı 2:2 etməsinə səbəb olub.

Qarşılaşma Əlcəzair millisinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

0.02216100692749