“Dəli Kür”də senzuradan keçməyən son səhnə: Cahandar ağanı kim öldürür? - VİDEO
"Azərbaycanfilm" "Dəli Kür" filminə dəyişiklik edib.
Paralel.az xəbər verir ki, YouTube-da yerləşdirilmiş yeni versiyada film başqa sonluqla bitir.
Son səhnə artıq başqa cürdür. Tamaşaçılar 1969-cu ildə çəkilmiş filmdə Cahandar ağanı Allahyarın öldürdüyünə vərdiş edib. Halbuki bədii filmin sonluğu başqa cür bitməli idi. Sovet senzurasının qayçıladığı həmin epizodlar artıq "Dəli Kürə əlavə edilib" vıə indi məşhur kinolent tamaşaçılarda başqa ovqat yaradır.
Xatırladaq: "Dəli Kür" 1969-cu ildə yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmidir.