Sükan arxasında huşunu itirən xanıma kömək edən sürücüyə mükafat verilib

Sükan arxasında huşunu itirən xanıma kömək edən sürücüyə mükafat verilib
 

Sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif media subyektlərində paytaxtın H.Əliyev prospektində “KİA” markalı, 10-PT-454 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəhimov Faiq Şərif oğlunun sükan arxasında huşunu itirən xanım sürücüyə kömək etməsini əks etdirən videogörüntü yayımlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar sürücü F.Rəhimov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.

Eyni zamanda F.Rəhimovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim olunub.

Paralel.az 

0.039000034332275