Boşanması müğənniyə 2 milyona başa gələcək - FOTO

Boşanması müğənniyə 2 milyona başa gələcək - FOTO
 

Amerikalı populyar müğənni Ariana Qrande 2021-ci ildə evləndiyi və 2022-ci ildə ayrıldığı əri Dalton Qomezdən rəsmən boşanıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, 3 illik evliliklərinə son qoyan 30 yaşlı Ariana və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton boşanmaq üçün ərizə verdikdən 6 ay sonra rəsmi olaraq münasibətlərini sonlandırıblar.

Qrande Qomezə boşanmaya görə təzminat ödəyəcək.

Cütlüyün evlənəndə imzaladıqları razılaşmaya əsasən, Ariana Daltona 1 milyon 250 min dollar (2 milyon manatdan çox) birdəfəlik ödəniş edəcək, Los-Ancelesdəki evinin satışından əldə olunan gəlirin yarısını ona verəcək və 25 min dollara qədər vəkillik haqqı ödəyəcək.

 

 

 

0.027834892272949