Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb

Azərbaycan millisinin futbolçusu zədə səbəbindən heyətdən çıxarılıb
 

FIFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FIFA series - Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.

Paralel.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, “Qarabağ”dan yığmaya cəlb edilən Aleksey İsayev zədə səbəbindən heyətdən çıxarılıb.

Qeyd edək ki, millimiz martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığmaları ilə qarşılaşacaq.

Hər iki oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

0.01515793800354