"Qarabağ"ın baş məşqçisi cəzalandırılıb
"Qarabağ" və "Neftçi" klublarının əvəzedicilərdən ibarət komandaları cəzalandırılıb.
Paralel.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsinin qərar qəbul edib.
Əvəzedicilər Liqasının 27-ci turunda keçirilən “Turan Tovuz-2” – “Qarabağ-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Cavad Mirzəbəyli hakimin qərarına etiraz edib. Mütəxəssis birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyi üçün 5 oyun cəzalandırılıb, “Qarabağ-2” komandası isə 400 manat cərimə edilib.
“Neftçi-2” – “Səbail-2” oyununun 17-ci dəqiqəsində "ağ-qaralar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə klub 150 manat cərimə olunub.