“Yunayted” onu almaq istəmir - Özü də İtaliya üçün darıxır

“Yunayted” onu almaq istəmir - Özü də İtaliya üçün darıxır
 

“Mançester Yunayted”də icarə əsasında çıxış edən “Fiorentina”nın mərakeşli yarımmüdafiəçisi Sofian Amrabat bu mövsümün sonunda İngiltərə klubunu tərk edəcək.

"Ölkə.az" xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

Nəşrin məlumatına görə, mankunianlılar futbolçunu almaq fikrində deyil. Amrabatın özü də İtaliya üçün darıxır.

Xatırladaq ki, 27 yaşlı futbolçu “qırmızı şeytanlar”da 1 illik icarə əsasında çıxış edir. Mankunianların yarımmüdafiəçini 20+5 milyon avroya almaq variantı var.

Bu mövsüm Amrabat “Mançester Yunayted”in heyətində effektli olmadığı bütün turnirlərdə 22 oyun keçirib. Futbolçunun “Fiorentina” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 22 milyon avrodur.(publika.az)

0.01990795135498