İşə qəbul prosesində şəffaflıq necə təmin edilir?

İşə qəbul prosesində şəffaflıq necə təmin edilir?
 

İctimai Şura üzvünün müşahidəçi qismində gəldiyi qənaət

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında ölkə başçısının müvafiq Sərəncamından irəli gələn məsələlərlə bağlı SOCAR-ın müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 2024-cü il üzrə İllik iş planı”nın 4-cü bəndinə uyğun olaraq 14-17 mart tarixlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Bakı RQSD üzrə vakant olan “qaz təsərrüfatının nəzarətçisi” peşəsi üzrə müsabiqənin yekun seçim mərhələsi keçirilir.
İşə qəbul proseslərində şəffaflığın artırılması və ictimaiyyət nümayəndələrinə işə qəbul müsabiqələrinin müxtəlif mərhələlərində müşahidəçi kimi iştirak imkanının yaradılması məqsədilə Birlik yanında yaradılan İctimai Şuranın üzvlərinin keçirilən müsabiqənin yekun seçim mərhələsində müşahidəçi kimi iştirakı təmin edilib. Müsahibələrdə 78 vakant yer üzrə mübarizə aparan 231 namizədin həm texniki (ixtisas), həm də davranış səriştəlikləri yoxlanılır.
Məlumat üçün bildirək ki, 2024-cü ilin əvvəlindən bu günə qədər keçirilən ümumilikdə 24 müsahibə və peşə sınaq imtahanlarına 85 namizəd dəvət olunub ki, onların yalnız 14 nəfəri (16,5%) mərhələni uğurla başa vurub, 21 nəfəri (24,7%) isə Kadr Ehtiyyatı Bazasına daxil ola bilib. Eyni zamanda 45 namizəd (52,9%) kifayət qədər uğur göstərə bilməyib və müsahibədən keçməyib. Ümumilikdə 3 nəfər müsahibəyə qatılmayıb, 2 nəfərin isə sənədləri qaydasında olmadığından müsahibəyə buraxılmayıb.
Qeyd edək ki, müsahibəni müvəffəqiyyətlə keçən namizədlər dərhal vakant yerlər üzrə yerləşdirilirlər.

Ətraflı:

https://youtu.be/D-pNlWM6XiE?si=_bRniGXx4GwbCum9

Paralel.az 

0.02681303024292