"Öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm" - Müğənni Vüqar Muradov
AZXEBER.COM-un "Gəl danış" rubrikasının budəfəki müsahibi hər kəsin "Yeni Ulduz” yarışmasından tanıdığı, məşhur müğənni Vüqar Muradov olub.
Sənətçi, sosial səpkili verilişləri, insanların əxlaqi dəyərlərini pozmaqda günahlandırıb.
"Ümumiyyətlə efirə çıxıb öz ailəsi haqqında danışan kişini kişi hesab etmirəm. Yoldaşının kiminləsə qaçmağını kişi özünə ayıb bilməlidir. Hələ arada bağışlamaq varsa, bu kişiliyin süqutudur. O verilişlərin aparıcılarına da ayıb olsun deyirəm. Bununla çörək qazanmaq və o çörəyi evinə aparmaq dəhşətdir. Sənin bununla cəmiyyətə heç bir faydan toxunmur. Sən cəmiyyət üçün pis bir örnəksən. Şoular yaradırlar. Zorla sağlam adamı gətirib xəstələndirirlər. Azərbaycan tamaşaçısı çox safdır. Ürəyi də təmizdir. Nə versən, yeyir. Çıxırlar efirə: "Bütün tamaşaçılarımı salamlayıram. Sizi çox sevirəm. Sizə qurban olaram”. Vallah, yalandır. Vicdanım haqqı, yalandır. Bir insan ki olduğu kimi yaşaya bilmir, o insanın başını burax getsin. Mən özümə söz vermişəm. Hər hansı bir verilişə gedəndə qabaqcadan şərt kəsirəm. Suallar olmasın deyirəm. Xüsusilə də "Niyə evlənmirsən” sualı. Sənə nə? Buna görə də çoxunu çörəksiz qoymuşam. Kim ki mənə çörək gözündə baxırsa, qoy elə çörəksiz qalsın. Məni həkimlə, psixoloqla eyni verilişə çağırırlar. Axı mənim bağırsaq həkimi ilə eyni verilişdə nə işim var?"