Naibə Allahverdiyeva buna görə Elgizdən küsüb
Xəbər verdiyimiz kimi, Xalq artisti Naibə Allahverdiyevanın 60 illik yubileyi Gənc Tamaşaçılar Teatrında qeyd edilib.
Axşam.az xəbər verir ki, aktrisanın dəvət etdiyi bir çox insan, eləcə də aparıcı Elgiz Əkbər gecəyə qatılmayıb. N.Allahverdiyeva Elgizdən buna görə küsüb.
Bu haqda aparıcı "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, dəvətnaməsi olsa da, tədbiri unudub:
"Bunu bilmədən etmişəm, səhv etmişəm. Özümə bunu bağışlaya bilmirəm. Naibə Allahverdiyeva ilə 35 ildir dostuq. Qonşu olmuşuq, məni teatra həmişə o aparıb. Teatrı gənclərə sevdirməyi xoşlayır. Onun yubileyi keçirilib və getməmişəm. Mənə görə dəvət olunan beş nəfər qatılmayıb, yer boş qalıb. Bu, mənim üçün faciədir. Eyib iş görmüşük. İki-üç gündür başım çox qarışıq idi. Koronavirusdan sonra yaddaşımda problem yaranıb".
Efirə zəng edən N.Allahverdiyeva "İnsan şad və kədərli günündə gözü yaxınlarını axtarır. İnsanlar gəldi dəstəklədilər. İncidim, özü də bərk" sözlərini söyləyib.
E.Əkbər daha sonra ona restoranda şam yeməyi hədiyyə etdiyini desə də, aktrisa qəbul etməyib.